Avropa-Azərbaycan iqtisadi əməkdaşlığının şah damarı

19 May 2018 09:30 (UTC+04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji sektorunda innovasiyalara qiymətli töhfə verəcək. Bunu  Böyük Britaniyanın Biznes, energetika və sənaye strategiyası məsələləri Departamentindən bildiriblər. Dünyanın maliyyə mərkəzi sayılan bir ölkədən bu cür mesaj verilməsi, heç şübhəsiz, Azərbaycanın dünya iqtisadiyyatının möhkəm tellərindən birinə çevrilməsinin meyarıdır. 

Böyük Britaniya Avropa İttifaqından ayrılmaq barədə qərar verməsi bu ölkənin qitənin enerji sektorundakı rolunun azalmasl demək deyil. Əksinə ümumi şəkildə Aİ-ı ilə əlaqələrin sənədləşməsində fərqlər yaranacaq, yəni ikitərəfli münasibətlərin inkişafı yenidən qaydaya salınacaq. Bu isə hər bir ölkənin iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınaraq müvafiq konsepsiya hazırlanacaq. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazının üümumiyyətlə Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm halqaya çevrilməsi həmin konsepsiyaların məzmununa əsaslı təsir etmək imkanına malik olacaq. Təsadüfi deyil ki, Londondan açıqlanan məlumatda deyilir: “Enerji təhlükəsizliyi Böyük Britaniya üçün əsas prioritetdir və biz “Cənub Qaz Dəhlizi” də daxil olmaqla Avropa bazarında diversifikasiyanın və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə layihələri dəstəkləməyə davam edəcəyik. Hesab edirik ki, bu layihə təkcə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına deyil, həm də bütün regionun enerji sektorunda innovasiyalara qiymətli töhfə verəcək”. Qeyd etmək yerinə düşər ki, dəyəri 40 milyarddan çox olan “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet layihələrdən biridir və 10 milyard kubmetr Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.
İndiki dövrdə mavi yanacaq inkişaf etmiş ölkələr üçün mühüm strateji məhsuldur. İlk növbədə əhalinin sosial məsələlərinin həllində önəmli əhəmiyyət daşıyır. Təbii ki, əhalinin sayı ildən-ilə artdıqca, təbii qaza olan tələbat da artır. Bundan başqa ərzaq təhlükəsizliyinin təmin olunmasında bu yanacaq növü əvəzsiz xammal rolunu oynayır. Əhalinin bütünrzaq növləri, xüsusilə də faraş tərəvəzlə ilboyu fasiləsiz təmini qışda bu məhsul növlərinin istehsalını qaydaya salmaq üçün nəhəng istilikxanalar şəbəkəsi yaradılır ki, bu istilikxanalar mavi yanacaqla qızdırılır. Əlavə iş yeri yaranır, insanların ekoloji təmiz və orqanizm üçün faydalı vitaminlərlə zəngin qidalarla təminatı davamlı xarakter alır, innovativ sənaye müəssisəsi formalaşır, üstəlik büdcəyə daxilolmalar artır. 
Bundan başqa ətraf mühitin çirklənməsi azalır. Belə ki, istilik-elektrik stansiyaları daha his-pası yığışdırılmayan mazut əvəzinə təbii qazla işləməyə başlayır. Bu, hər gün havaya atılan milyonlarla ton zırırli tullantıların azalması, atmosfer havasının çirklənməsinin qarşısının alınması sahəsində böyük əməli addımların atılması deməkdir. 
“Cənub Qaz Dəhlizi” böyük siyasi yükə də malikdir. Avropa İttifaqı bir neçə istiqamətdə onlarla ölkədən təbii qaz idxal edir. Enerji təhlükəsizliyi sxeminin belə şaxələndirilməsi qurumu siyasi təzyiqlərdən qoruyur. Məsələn, hazırda Qərblə Rusiya arasında gedən siyasi təbəddülatda qaz kəmərləri şəbəkəsi müəyyən dərəcədə vəziyyətə təsir edir. Belə ki, dünyanın və o cümlədən Avropanın böyük qaz ixracatçısı olan Rusiya Qərbin ona tətbiq etdiyi sanksiyalardan itirdiklərini “qaz müharibəsi” müstəvisində qazanmağa çaışır. Bu özünü qiymət siyasətində və lazım gələndə kəmərləri bağlamaq imkanının olması taktikasında özünü göstərir. Rusiyanın kəmərlərindən asılılığı aradan qaldıran digər istiqamətlər, o cümlədən CQD bu mənada çox böyük siyasi önəm daşıyır. 
Beləliklə, bir neçə həftə sonra TransAnadolu qaz kəmərinin, bunun ardınca gələn il TransAdriatik qaz kəmərinin işə düşməsilə Azərbaycan qazının Avropaya ötürülməsində yeni mərhələ açılacaq ki, bu da ölkəmizin nüfuzunun daha da yüksəlməsində əhəmiyyətli rol oynayacaq.
N.NOVRUZ