İŞİD Qroznıda kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

21 May 2018 09:37 (UTC+04:00)

 

İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.   
 
Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.