Əfv üçün müraciət edənlərin siyahısı Prezidentə təqdim edilib

21 May 2018 10:43 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı Prezident İlham Əliyevə təqdim olunub.
Movqe.az-ın Reporta istinadən məlumatına görə, tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.
Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.