Nəvə babasının evindən oğurluq edib

22 May 2018 13:58 (UTC+04:00)

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.
Movqe.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən nəvəsi, şəhər sakini Mirsəfər Əliyev saxlanılıb.