ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar

24 May 2018 22:30 (UTC+04:00)

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini Texas ştatındakı Hyuston Universitetindəki çıxışçı zamanı fitə basıblar.

Virtualaz.org “The Algemeiner” nəşrinə istinadən xəbər verir ki, Heyli çıxışına başladıqdan bir neçə dəqiqə sonra zalda əyləşən bir kişi onu “soyqırımını dəstəkləməkdə” ittiham edib. Bunu eşidərkən Heyli “Aman allah” deməklə kifayətlənib.

Mənbə bildirir ki, 20-yə yaxın tələbə Fələstini dəstəkləyən şüarlar səsləndiriblər. Aksiya bir neçə dəqiqə davam edib. Bundan sonra Fələstin tərəfdarları zaldan çıxarılıb.