Trampa bu restoranlara gəlmək qadağan olundu

25 May 2018 10:54 (UTC+04:00)

Hollivud aktyoru Robert De Niro ABŞ Prezidenti Donald Trampa öz restoranlarına gəlməyi qadağan edib.

Trend-in məlumatına görə, aktyor həmçinin prezidenti başqa restoranda görəcəyi halda, oranı tərk edəcəyini bəyan edib.

Qeyd edək ki, De Niro Nobu mehmanxana və restoranlar şəbəkəsinin sahibidir.

Hollivud aktyoru mütəmadi olaraq Trampın ünvanına hədələr yağdırır.