Elmar Məmmədyarov: "Erməni separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı təklif sülh prosesini öldürməyə yönəlib"

25 May 2018 12:36 (UTC+04:00)

"Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı istəyi sülh prosesini öldürməyə yönəlib". 

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə keçirdiyi görüşü zamanı müzakirə olunub.
"Mən həmsədirlərlə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. O ki qaldı bundan sonrakı danışıqlara, həmsədrlər Ermənistana səfər etməlidirlər ki, yeni hakimiyyətilə tanış olsunlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər", - XİN başçısı əlavə edib.