İtkin düşən məktəbli tapıldı

25 May 2018 17:23 (UTC+04:00)

Şabran rayonunda itkin düşən 14 yaşlı məktəbli tapılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbaş kənd sakini 2004-cü il təvəllüdlü Röyal Ələkbərov Siyəzən rayonunda tapılaraq ailəsinə təhvil verilib.