Fəttah Heydərov Rüstəm İbrahimbəyov haqqında: "Cılız və əhatəsiz məqsədini həyata keçirə bilmədiyi üçün fərdlərə deyil..."

25 May 2018 12:08 (UTC+04:00)

“Azərbaycan insanı insana xas xüsusiyyətləri ilə indi dünyanın hər bir yerində tanınır. Belə bir vaxtda hər hansı bir fərdin Azərbaycan xalqı haqqında, bəlkədə özünün də mənsub olduğu xalqla bağlı iftiralar söyləməsi, onu alçaltmaq üçün  öz yaradıcılığından istifadə etməsi təəssüfləndiricidir. Ona görə də cılız, əhatəsiz məqsədini həyata keçirə bilmədiyi üçün fərdlərə deyil, xalq haqqında çirkin münasibətini göstərən bir adam haqqında danışmağa dəyməz”.   
Movqe.az-ın məlumatına görə, bu sözləri millət vəkili Fəttah Heydərov ssenari müəllifi Rüstəm İbrahimbəyovun olduğu “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən söyləyib. 
F. Heydərov deyib ki, sözügedən kinoda R. İbrahimbəyovun azərbaycanlıları vəhşi, qəddar obrazda canlandırması xalqı alçatmaq məqsədi daşıyır: "Bu fərdə satqın da demək olar, nankor da. Amma onun bu satqınlığı özündə etiva edən ekran işi Azərbaycanın, azərbaycanlıların dünyada sülhsevər, multukultral xalq kimi tanınmasına kölgə sala bilməz. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin fəaliyyəti nəticəsində dünyada layiqli yerini tutub, tanınıb. Azərbaycanın dünyada tanındığı vaxtda belə addım satqınlıqdan, nankorluqdan başqa bir şey deyil”.

Zülfiyyə QULUYEVA