Misirdə "YouTube" videoservisi 1 aylıq bloklanıb

27 May 2018 13:59 (UTC+04:00)

Misirin Ali İnzibati Məhkəməsi "YouTube" videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Al-Ahram" məhkəmə qərarına istinadən məlumat yayıb.
Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının "YouTube" videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.