Azərbaycan prezidenti Fransaya səfər edəcək

27 May 2018 20:00 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək.

“Report” xəbər verir ki, bunu Fransanın Bakıda səfərdə olan xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində təhsil naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
O bildirib ki, bu ilin iyul ayında Azərbaycan prezidentinin Fransaya səfəri planlaşdırılır.