Respublika Günü münasibətilə Azərbaycan ordusunda silsilə tədbirlər keçirilir

28 May 2018 16:30 (UTC+04:00)

28 May - Respublika Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri təşkil olunub.

Bu barədə movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə keçirilən bayram konsertləri, viktorinalar, kütləvi hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirlər.