Nazirin cəsədi çayda tapıldı

30 Aprel 2012 12:40 (UTC+04:00)

Mövqe.az BBC-yə istinadən bildirir ki, Avstriya polisinin verdiyi məlumata görə, Liviyanın Neft Sənayesinin keşmiş naziri Şükri Qanemin bədəni Dunay çayında tapılıb.

Nümayəndə bildirib ki, cənab Qanemin bədənində heç bir zorakılıq əlaməti olan izlər aşkar edilməyib.

69 yaşlı keçmiş baş nazir, Vyana əsaslı bir şirkət üçün məsləhətçi kimi işləyib.Polisin verdiyi məlumata görə, o, dünən səhər evi tərk edib.

Xatırladaq ki, Şükri Qanem 2003-cü ildən 2006-cı ilə qədər  Liviyada Baş nazir kimi və 2011-ci ilə qədər isə neft sənayesi naziri kimi xidmət edib.


Ziba Yusifova