Cocuq Mərcanlıda yeni şirkət yaradılıb

29 May 2018 10:32 (UTC+04:00)

Vergilər Nazirliyi mayın 21-də “Cocuq Mərcanlı İcma” MMC-ni dövlət qeydiyyatına alıb.

“Movqe” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Oqtay Əbil oğlu Həziyevdir.  
O.Həziyev 20 ildir Cocuq Mərcanlıda yaşayır. O, Prezident İlham Əliyev ötən il iyunun 14-də imzaladığı sərəncamla 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.