İTV-yə yeni baş direktor seçilib

1 İyun 2018 12:09 (UTC+04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktoru vəzifəsinə Balakişi Qasımov seçilib.


Movqe.az-ın “Report”a istinadən xəbərinə görə, bununla Milli Televiziya və Radio Şurasında seçki keçirilib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var idi. Bunlar Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Xəlilova Qərənfil Əli qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğludur.