İTV-nin baş direktorundan kadr islahatı açıqlaması

1 İyun 2018 13:28 (UTC+04:00)

"Müasir Azərbaycana müasir televiziya lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik".
Movqe.az-ın xəbərinə görə, bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru Balakişi Qasımov jurnalistlərə açıqlamasında deyib. 
Baş direktorun sözlərinə görə, tamaşaçı televiziyadakı yeniliyi hiss edəcək: "Çalışacağıq ki, planlarımızı qısa müddətdə həyata keçirək".
O qeyd edib ki, televiziyada kadr islahatları olacaq: "Bir şeyi xüsusi vurğulamaq istəyirəm ki, işləməyi bacaranlar narahat olmasınlar".