Növbədənkənar iclasın tarixi məlum oldu

1 İyun 2018 16:17 (UTC+04:00)

Milli Məclisin (MM) növbədənkənar iclasının tarixi məlum olub.

Movqe.az-ın əldə etdiyi məlumata görə, iyunda MM-in ən azı iki iclasının keçirilməsi nəzərdə tutulur.

İlk növbədənkənar iclasın isə iyunun 12-də keçirilməsi gözlənilir.

Qeyd edək ki, növbədənkənar iclaslardan birində 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər məsələsi də müzakirə ediləcək.