Nazirlik: Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alan 18 nəfər Gürcüstana göndərilib

1 İyun 2018 21:00 (UTC+04:00)

 Tbilisi-Bakı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 18 nəfər evə buraxılıb.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılan yaralıların hər birinə ambulator ilkin yardım göstərilib.
Nazirlik rəsmisi qeyd edib ki, xəstəxana 18 yaralının Gürcüstana qayıtması üçün avtobus ayırıb və onları vətənlərinə göndəriblər: “Xəstəxanada yalnız bir nəfər yaralı (sürücü) qalıb ki, onun da ayağında bir az problem olub. Həmin şəxsin də müalicəsi hazırda davam edir”.