Rusiya və Ermənistan xarici işlər nazirləri görüşəcək

1 İyun 2018 22:00 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan iyunun 7-də Moskvaya gedəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə bu barədə Rusiya XİN-in İnformasiya departamentinin direktor müavini Artyom Kojin bildirib. O deyib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.

Qeyd edək ki, bu, Ermənistanda hökumət dəyişikliyi baş verdikdən sonra xarici işlər nazirinin Rusiyaya ilk səfəridir.