Türk ordusundan Şimali İraqda böyük əməliyyat – Hakurk bölgəsi terrorçulardan təmizləndi

1 İyun 2018 22:30 (UTC+04:00)

Terror təşkilatı PKK-nın ikinci Qəndili kimi göstərilən Hakurka girən Türkiyə ordusu terrorçuları zərərsizləşdirib regionda əmin-amanlığı təmin edib. PKK terror təşkilatının Suriyada ələ keçirdiyi kəndləri bir-bir təmizləyən türk hərbçiləri , Şimali İraqda da böyük bir əməliyyata başlayıb.

 

1996-ci ildə keçirilən transmilli əməliyyatdan sonra ilk dəfə Şimali İraqın Hakurka bölgəsinə girən Türkiyə ordusu, terrorçuları məhv edib. Hakurk PKK-nın “ikinci Qəndili” adlandırılırdı.

 

Terrorçulardan təmizlənən regionda sülh və əmin-amanlıq təmin edərkən, türk əsgərinin yerli əhalinin durumu ilə maraqlanması da diqqət çəkib. Türkiyə Fövqəladə Hallar Komitəsi (AFAD) bölgəyə humanitar yardım ləvazimatları çatdırıb.

Yerli əhali də Türkiyə ordusunun gəlişini sevinclə qarşılayıb.