Pompeo Türkiyə XİN rəhbəri ilə görüşəcək

4 İyun 2018 10:17 (UTC+04:00)

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Trend-in məlumatına görə, Vaşinqtonda keçiriləcək görüş zamanı tərəflər Mənbic yol xəritəsini təsdiqləyəcəklər.

Görüş zamanı həmçinin digər ikitərəfli, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.