Paytaxtda əsas kapitala yönəldilmiş vəsaitin 69,5 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

4 İyun 2018 16:47 (UTC+04:00)

2018-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində əsas kapitala 3 milyard 679,5 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,8 faiz az vəsait yönəldilib.

Bakı Şəhər Statistika Komitəsindən movqe.az-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 555,5 milyon manatı və ya 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.