Sloveniyada parlament seçkilərinə start verilib

3 İyun 2018 16:25 (UTC+04:00)

Sloveniyada parlament seçkilərinə start verilib. "Report"un məlumatına görə, bu barədə STA agentliyi məlumat yayıb.

Məlumata görə, seçkilərdə bir neçə partiya iştirak edir. Səsvermə məntəqələri yerli vaxtla saat 07:00-da açılıb. Məntəqələr saat 19:00-dək seçicilərin üzünə açıq olacaq.