Mingəçevirdə qanunsuz silah gəzdirən şəxs tutulub

3 İyun 2018 15:30 (UTC+04:00)

Mingəçevir şəhər sakini qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 41 yaşlı Vaqif Hüseynov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd 12 kalibrli, lüləsi kustar üsulla kəsilmiş odlu silah, 357 ədəd pulemyot mərmisinin olduğu sink qutu və 20 ədəd avtomat mərmisi aşkarlanaraq götürülüb.
Qeyd edək ki, saxlanılan V. Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.