Suriya ABŞ-dan Ət-Tanfe bazasını tərk etməyi tələb edib

3 İyun 2018 12:35 (UTC+04:00)

Suriya ABŞ-dan onların yaratdığı Ət-Tanfe bazasını tərk etməyi tələb edib.

Trend-in məlumatına görə, bu barədə Suriyanın baş nazirin müavini və xarici işlər naziri Valid Muallem bildirib.

V.Muallem deyib: "ABŞ qoşunlarını Ət-Tanfe bazasını və bütün Suriya ərazisini tərk etdikdən sonra biz Cənubi Suriyada təhlükəsizlik üzrə saziş haqqında danışacağıq".