Bakıda 2 nəfər yol qəzasında öldü

4 İyun 2018 14:28 (UTC+04:00)

Bakı şəhərində ölümlə nəticələnən yol qəzaları baş verib. Movqe.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbə ərazisində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə bir nəfər vəfat edib.
 
Sabunçu rayonunda baş vermiş digər hadisədə isə 45-50 yaşlı qadın ölüb. Belə ki, "Zil" markalı yük maşını yolu keçməyə çalışan qadını vurub. Piyada hadisə yerində ölüb. 
 
Hər iki faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.