52 yaşlı kişi özünü öldürdü

4 İyun 2018 14:18 (UTC+04:00)

Tovuz rayon sakini özünü asaraq intihar edib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xatunlu kəndində qeydə alınıb.  

Xatunlu kənd sakini, 1966-cı il təvəllüdlü Vasif Hüseynov özünü asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.