Bakıda müəmmalı qətl: kişini boğub öldürdülər

4 İyun 2018 15:34 (UTC+04:00)

Bakıda qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakini, 76 yaşlı Ələsgər Dadaşov yaşadığı evdə boğularaq öldürülüb.
 
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.