Nuridə Allahyarovaya vəzifə verildi

4 İyun 2018 13:48 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.
 
 
Movqe.az-ın TopXəbər.Az-a istinadən məlumatına görə, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.  N.Allahyarova faktı təsdiqləyib.  
Xatırladaq ki,  N.Allahyarova əvvəllər Binəqədi rayon İcra Hakimiyyətində, Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Azərbaycan Universitetində rektorunun müşaviri vəzifəsini daşıyıb.