“Azərsun Holdinq” Biznes Liqasının qalibi oldu

1 İyun 2018 16:59 (UTC+04:00)

Daim müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti uğura imza atıb. Belə ki, ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun”u təmsil edən mini futbol komandası müxtəlif şirkətlərin iştirak Azfar Biznes Liqası Yaz Kubokunun qalibi olub. 2 ay davam edən turnirdə bütün rəqiblərindən üstün olan komanda finalda “Universal” komandası ilə üz üzə gəlib. Görüşün əvvəlində 1-3 hesabı ilə məğlub duruma düşən “Azərsun”lular geri dönüş edərək 5-3 hesabı ilə irəli keçərək turnirin qızıl medallarını qazanıblar. Beləliklə “Azərsun Holdinq” komandası Payız Kubokunun ardınca Yaz kubokunun da qalibi olub.

Qeyd edək ki, adıçəkilən Şirkətlər Qrupu əməkdaşlarının asudə vaxtının səmərəli keçirilməsi mütəmadi olaraq fərqli idman növləri və intellektual oyunlar üzrə  turnirlər təşkil edir və qalibləri dəyərli hədiyyələrlə təltif edir.