Yerevanın paytaxtında etiraz aksiyası keçirən Ermənistan
prezidentliyinə keçmiş namizəd, müxalifət "İrs" partiyasının lideri
Raffi Ovanisyanın tərəfdarları polislə danışıqlar aparırlar. Onlar
yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin
iqamətgahına buraxılmalarını tələb edirlər. Xatırladaq
ki,dünən Yerevanda ikinci müddətə seçilmiş Ermənistan prezidenti
Serj Sarqsyanın inauqurasiyası keçirilib. Ovanisyan seçkilərin
nəticələrini qəbul etməyərək, Konstitusiya məhkəməsinə şikayət
verib və Azadlıq meydanında özünün alternativ inauqurasiyasını
keçirib. APA-nın "RİA Novosti"yə
istinadən verdiyi xəbərə görə, polis etirazçıları dövlət başçısının
iqamətgahına buraxmır və qanunsuz hərəkətlərə yol verildiyi
təqdirdə mitinq iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə
edəcəyi barədə xəbərdarlıq edib. Bundan bir qədər əvvəl yürüş
iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib.
"News.am" xəbər verir ki, müxalifət tərəfdarlarının bir qismi
yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən
Baqramyan küçəsindən Moskovyan küçəsinə, "erməni soyqırımı"
abidəsinə istiqamət götürüblər. Bundan əvvəl Raffi Ovanisyanın
tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində
yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların
irəliləməsinə imkan verməyib. Qeyd edək ki, Ermənistan Yazıçılar
İttifaqının binası qarşısında müxalifət tərəfdarları ilə polis
arasında bir neçə dəfə toqquşma baş verib, nəticədə "İrs"
partiyasının sədr müavini Armen Martirosyan xəsarət
alıb.