Xarici kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclər artıb

4 İyun 2018 23:00 (UTC+04:00)

2017-ci ildə icmal büdcə xərclərinin tərkib komponentlərindən biri olan xarici kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclərin həcmi artıb.

“Movqe” bu barədə Azərbaycan Hesablama Palatasına istinadən xəbər verir.
Məlumata əsasən xarici kreditlər (Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər) hesabına maliyyələşdirilən layihələr üzrə xərclərin həcmi 2017-ci ildə 1106,0 mln. manat (2016-cı ildə 881,0 mln. manat) təşkil edib. Bu istiqamətə yönəldilən vəsaitin həcmi əvvəlki illə müqayisədə 25,5% artıb.
Beləliklə, ötən il xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər proqnoza qarşı 54,7% səviyyəsində icra olunub.