“Qarabağ klanı” Ermənistanda yeni çevrilişə gedir

5 İyun 2018 09:00 (UTC+04:00)

Ermənistan daxilində, eləcə də zəbt olunmuş Azərbaycan ərazilərində Nikol Paşinyana qarşı qiyam hazırlanır. Qeyd edək ki, bir çoxları düşünürdü ki, Paşinyanın Sarkisyanı hakimiyyətdən salması ilə “Qarabağ klanı” mövqelərini tamamilə itirəcək. Ancaq son proseslər onu deməyə əsas verir ki, Sarkisyan fürsət düşən kimi, Paşinyandan belə demək mümkünsə, qisas almaq əzmindədir. Buna Paşinyanla bəzi erməni generaliteti arasında yaşanan ziddiyyətlər də rəvac verə bilər. İndilikdə diqqət çəkən əsas məqam odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan yüksək postları sabiq baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrindən təmizləməkdə davam edir. artıq  hökumətin son  iclasında ölkənin bütün qubernatorların istefaları qəbul edilib. 8 vilayətə yeni təyinat barədə qərar verilib, 2 vilayətə isə qubernator təyinatı daha sonra olacaq. Paşinyan daha əvvəl bildirib ki, bütün qubernatorları əvəz etmək lazımdır. Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyanı Silahlı Qüvvələrı, kəşfiyyat və təhlükəsizlik orqanları, həmçinin strateji əhəmiyyətli siyasi dairələrin rəhbərliyində təmizləmələr aparıb. Bundan başqa Respublika Partiyasının hakimiyyətdə olan nümayəndələrin həbsi də davam edir. Məsələn, Masis şəhərinin meri Yerevanda qarşıdurmalarla bağlı iş üzrə saxlanılıb.  Ermənistan İstintaq Komitəsinin sədrinin müşaviri Sona Truzyan bunula bağıl bildirir: "Erebunu administrativ rayonunda aprelin 22-i baş verən qarşıdurmalarla bağlı aparılan istintaq işi çərçivəsində Masis şəhərinin meri David Ambarçumyan və onun müavin Karen Oqonyan da daxil olmaqla beş nəfər saxlanılıb". Qeyd edək ki, aprelin 22-i əllərində dəyənək və daşla silahlanan bir qrup şəxs nümayişçilərə hücum edib. Hakimiyyət iəs bunda meri təqsirli bilir. Belə vəziyyətdə yayılan digər məlumata görə, Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib. Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.

Eçmiəzdin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyan dövründən qalmış şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start verilib. Qriqoryanlar da belə bir təhlükə olarsa, müqavimət göstərmək üçün əvvəlcədən Eçmiəzdində barrikadalar qururlar.
Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin təkərləri deşilir, vətəndaşlar döyülür. Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın növbəti təxribatı kimi dəyərləndirirlər. Sakinlər şəhərdə döyüşə hazırlıq atmosferinin yarandığı haqda danışırlar. Bütün bunlar qarşıdakı günlər ərzində Ermənistanda vəziyyətin daha da pisləşəcəyini göstərir.  Bu hal qarşı tərəfdə hadisələrin gedişinə, Qarabağ münaqişəsinə nə vəd edir?
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, Paşinyan yaxın zamanlarda öz nüfuzunu xeyli dərəcədə itirəcək: “Paşinyan hakimiyyətə gəlmək ərəfəsində olanda onunla bağlı bildirdim ki, bu şəxs aralıq mərhələ üçün iqtidara gətirilib. Həmin aralıq mərhələnin nə qədər çəkəcəyini gələcək göztərəcək. Təbii ki, Paşinyanın başladığı hərəkat müəyyən xarici qüvvələr tərəfindən təşkil olunmuşdu. Yəni həmin hadisələri təşkil etmək Paşinyanın ağıl və nüfuzu gücündə deyildi. Paşinyan prosesin gedişində Ermənistanın gücünün çatmadığı bir sıra vədlər verib. Hansı ki, indi erməni xalqı Paşinyandan həmin vədlərin yerinə yetirilməsini tələb edir. Bunları da yerinə yetirmək bugünkü Ermənistan üçün qeyri-mümkündür. Ona görə də təbii ki, Paşinyana qarşı narazılıqlar getdikcə artacaq. Belədə Paşinyan olan-qalan nüfuzunu da itirəcək. 
Digər tərəfdən, Ermənistanda Sarkisyan və komandasının hələ gücü kifayət qədərdir. Həmin güclər də Paşinyan üçün başqa bir problem yaradacaq. Üçüncü amil isə Rusiyadır. Azərbaycan torpaqlqrında Ermənistan deyilən dövləti bünövrədən yaradan Moskvadır. Ona görə də hazırda Ermənistan dövləti, iqtisadiyyatı,siyasəti və hərbisi Rusiyanın nəzarətindədir. İrəvan Qərbə doğru meyllənsə, bu fonda təbii ki, Rusiyadan ciddi zərbə alacaq. Bütün bunlara görə inanmıram ki, bugünkü durumda Paşinyan kimi birisi gəlib Ermənistanı düşdüyü durumdan çıxara bilsin. Bir şərtlə çıxara bilərlər, Ermənistan öz qonşularına qarşı işğalçı və düşmənçilik siyasətindən birdəfəlik əl çəkərsə. Belə olmasa, işğalçı ölkə indikindən də ağır duruma düşəcək”. 
Politoloq Elşən Mustafayev bildirdi ki, Paşinyan hakimiyyətə sahib olsa da, hələlik “Qarabağ klanı” üzvlərindən ibarət partiyanın çoxluq təşkil etdiyi parlamentdən asılıdır: “Öncədən də proqnozlaşdırılırdı ki, Paşinyan baş nazir olsa da, əsasən “Qarabağ klanı” üzvlərindən ibarət olan palamentdən  asılıdır. Yəni Ermənistan parlamentində faktiki olaraq Sarkisyanın partiyası söz sahibidir. Parlament daxilində mövcud olan hazırkı status-kvo dəyişməyincə aydın məsələdir ki, Paşinyan üçün çətin olacaq. Belədə, sözsüz ki, Paşinyana qarşı “Qrabağ klanı”nın hazırladığı qiyam və sairin şahidi ola bilərik. Bunun indidən baş verdiyini deyə bilmərik, amma qaçılmaz haldır. Paşinyan zəiflik göstərərək, parlamentin buraxılmasıa nail olmazsa,  o zaman ona qarşı “Qarabağ klanı”nın hazırladığı sürpürüzlərin şahidi olacağıq. Seçiləndən sonra Paşinyan qanunsuz olaraq Qarabağa gələrək, burada münaqişə ilə bağlı kəskin bəyanatlar verdi. Bu da məhz Qarabağdakı ermənilərin simpatiyasını qazanmağa hesablanmış addım idi. 
“Qarabağ klanı”  itirdikləri mövqelərlə barışmaq niyyətində deyil, ona görə də Paşinyanın nüfuzdan salınması prosesinə başlaya bilərlər. O da bəllidir ki, Qərbmeylli birisinin Ermənistanda hakimiyyətə gəlişi Moskvanı da qane etmir. Rusiya gələcəkdə orada baş vercək hadisələrə görə narahatdır. Bütün hallarda,  Paşinyan hakimiyyətə tam yiyələnməyincə ona ölkəni istədiyi kimi idarə etməsinə ən azından imkan verməyəcəklər. Bu səbəbdən də “Qarabağ klanı” tərəfindən ediləcək sürpürüzləri hələ bundan sonra gözləməliyik. Amma ola da bilsin, Paşinyan yenidən xalqı ayağa qaldıraraq, parlament seçkilərinin keçirilməsi qərarının verilməsinə nail olsun. İstənilən halda, Ermənistan daxilində baş verən təlatümlər Qarabağda da prosesin ermənilərin mövqelərinin zəifləməsinə doğru aparılması ilə nəticələnir. Bundan istifadə edib, İrəvan Qarabağla bağlı psevdovətənpırvərlik qurunu artırmağa çalışacaqlarsa, iqtisadi vəziyyətləri bunun reallaşacağına imkan verməyəcək. Bu mənada münaqişəyə Qarabağda yaşana biləcək sözügedən etirazların təsiri onu yaradan səbəblərdən asılıdır. Belə vəziyyətdə də  Qarabağdakı separatçı rejimin mövqeləri zəifləyəcək. Amma hələ də bu Azərbaycana yaranmış vəziyyətdən istifadə edərək hərbi əməliyyatlara başlamağa imkan vermir. Çünki onun üçün vəziyyət hələlik kifayət qədər yetişməyib. Lakin elə bir vəziyyət yetişə bilər ki, Azərbaycan torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlaya bilər. Ermənistan daxilində gedən proseslər gələcəkdə ümumən Azərbaycana daha çox üstünlük gətirər”. 
Rüfət NADİROĞLU