Sinqapurda ABŞ-Şimali Koreya liderlərinin görüşü şərəfinə xatirə sikkələri buraxılıb

5 İyun 2018 10:22 (UTC+04:00)

Sinqapurda ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin görüşü şərəfinə xatirə sikkələri buraxılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin zərbxanasından bildirilib.
"Qarşıdakı tarixi sammit Sinqapur tarixində əhəmiyyətli iz qoyacaq", - məlumatda deyilir.
Qeyd edilib ki, sikkələr üç variantda - qızıldan, gümüşdən və nikellənmiş sinkdən hazırlanıb.
Eyni zamanda, sikkələrin hamısında əllə görüşmə, sol tərəfə KXDR-in, sağda isə ABŞ-ın bayrağı təsvir edilib.
Donald Tramp və Kim Çen İn iyunun 12-də Sinqapurda yerli vaxtla səhər saat 9-da görüşəcəklər.
Xatırladaq ki, bu ilin mayında Ağ evin suvenir mağazasında KXDR ilə sammit şərəfinə xatirə sikkəsi buraxılıb.