Kollegiya sədri: "Dövlət hesabına hüququ yardımın məbləği 3 dəfə artırılıb"

6 İyun 2018 10:27 (UTC+04:00)

"Dövlət hesabına hüququ yardımın məbləği 3 dəfə artırılıb".

"Report"un məlumatına görə, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, əvvəllər dövlət hesabına hüququ yardımın məbləği az idi: "Bu məsələ də vəkilləri narahat edirdi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb".
A.Bağırov bildirib ki, VK-nın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın".