Zaqatalada afterşokların sayı 75-ə çatıb

6 İyun 2018 11:00 (UTC+04:00)

“Zaqatalada baş verən zəlzələdən sonra afterşokların sayı 75-ə çatıb. Hazırda afterşoklar davam edir”.
 
Bunu Movqe.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Şöbə müdiri qeyd edib ki, afterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.V.Rafiqqızı bildirib ki,  Zaqataladakı zəlzələ ətraf rayonlarda yerləşdiyi məsafədən fərqli olaraq 4-5 bal gücündə hiss edilib.

Zülfiyyə QULUYEVA