Sürücülük vəsiqəsi almaq üçün rüsum artırılır

6 İyun 2018 11:58 (UTC+04:00)

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.

Movqe.az "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.

Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.