Kəmaləddin Heydərov zəlzələ bölgəsində evlərə baxış keçirir

6 İyun 2018 13:28 (UTC+04:00)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirir. 
 
 
 
APA-nın yerli bürosunun xəbərinə görə, K. Heydərov, FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.
 
 
 
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.