Nazir Rusiyadadır

6 İyun 2018 13:38 (UTC+04:00)

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gedib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, o, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək. 

Müdafiə nazirləri tədbirdən əvvəl Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.