Polis narkoəməliyyat keçirdi

6 İyun 2018 14:49 (UTC+04:00)

Ölkə ərazisində külli miqdarda qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb.

Movqe.az DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 5-də keçirilmiş tədbirlər nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Sumqayıt şəhərində saxlanılan, əvvəllər məhkum olunmuşlar - Corat qəsəbə sakini Elvin Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440 qram marixuana aşkar edilib.

Zaqatala rayon Muxax kənd sakini Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Masallı rayonunda əvvəllər məhkum olunmuş Fazil Məmmədovun evindən 325 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Sabirabad rayon Kürkəndi kənd sakini, əvvəllər məhkum olunmuş Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, Qax rayon Tasmalı kənd sakini Ümidvar Yusifovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 310 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.