Qazaxda evdən 3800 dollar oğurlayan qadın saxlanılıb

6 İyun 2018 16:35 (UTC+04:00)

Qazaxda evdən 3800 dollar oğurlayan qadın tutulub.

DİN-dən Movqe.az-a  verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 13-də rayon ərazisindəki evlərin birindən 3800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Sehran Nadirova saxlanılıb.