İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbənin meyiti tapılıb

6 İyun 2018 20:00 (UTC+04:00)

İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin meyiti tapılıb.

"Report" xəbər verir ki, meyit dəfn edilməsi üçün Azərbaycana göndərilib.
Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.
O, ailənin yeganə oğul övladı idi.