Abşeronda gənc oğlan özünü körpüdən atıb

7 İyun 2018 10:54 (UTC+04:00)

Abşeronda gənc oğlan intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesində baş verib.
2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb. 
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.