Dünya Azərbaycanlıları Konqresinin sədri bəyanat yaydı

4 İyun 2018 11:01 (UTC+04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Asif Kurban sədrlikdən ayrıldığı barədə bəyanat yaymışdır. Bəyanatda bildirilir ki, iki il əvvəl, 2016-cı ilin may ayında DAK-ın Belçikanın Brüssel şəhərində keçirilən qurultayında sədr seçildim və ötən iki ildə Türk Dünyası və Azərbaycan naminə bi sıra işlərin görülməsinə nail olduq. Dünyanın ən müxtəlif yerlərində yaşayan və fəaliiyət göstərən həmyerlilərimizin problemlərinin həllində, məqsəd və ideyalarının həyata keçirilməsində yaxından kömək etməklə, vətənimiz və millətimiz adına ən yaxşı işlərin həyata keçirilməsində yaxından dəstək olduq. Beynəlxalq aləmdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, onun Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu mitnq, konfrans və digər tədbirlərdə ortaya qoymaqla dövlətimizin diaspor siyasətinin dəstəklənməsinə dəstət olmağa çalışdıq. Hazırda işlərimin çoxluğunu, gənclərimizə və Vətənimizə xidmət edənlərə yeni yol açılmasını və sədrlik müddətimin bitdiyini nəzərə alaraq sədrlikdən ayrılmağa qərar verdim. Amma bildirim ki, bundan sonra da dövlət və millətimiz adına həyata keçiriləcək bütün işlərdə yaxından iştirak edəcəyəm. Əminəm ki, qoyduğumuz ənənə DAK-n yeni idarə heyəti və yeni seçiləcək sədri tərəfindən də uğurla davam ettdiriləcəkdir.

Qeyd edək ki, iki il DAK sədri olan Asif Kurban Türkiyənin ünlü universitetlərindən olan Doqquz Eylul Universitetinin məzunudur. Bu universitetdə də iqtisadiyyat üzrə doktorluq dərəcəsi almış, Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin içtimai-siyası həyatında da yaxından iştirak edən iş adamıdır. Təsis etdiyi “Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi” qardaş Türkiyədə təhsil alan tələbələrin problemlərinin həllində illərdir ki, yaxından iştirak edir. Eyni zamanda İzmirin Sahil evləri yaxınlığında ümumi uzunluğu 3 km-ə yaxın 47 hektar ərazidə açılan “Bakı parkı” və buradakı abidənin təşkilatçısı da “Azərbaycan Dostluq və İşbirliyi Dərnəyi” olmuşdur. Açılış mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir Böyükşəhər bələdiyyəsinin sədri Əziz Qocaoğlu və İzmirdə yaşayan, təhsil alan həmvətənlərimiz iştirak etmişdir.