Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

7 İyun 2018 12:48 (UTC+04:00)

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Bu barədə  Movqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.