Sabirabad sakini intihar edib

7 İyun 2018 17:23 (UTC+04:00)

Sabirabad rayon sakini intihar edib.
Movqe.az-ın məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib. 
Həmin kənd sakini, 1962-ci il təvəllüdlü Vasif Abdullayev evində özünü asaraq intihar edib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.