Sergey Lavrov: "Rusiya Qarabağ münaqişəsinin həllində tərəflərə yardım göstərməyə davam edəcək"

7 İyun 2018 14:47 (UTC+04:00)

 "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında tərəflərə yardım göstərməyə davam edəcək".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, erməni həmkarı ilə görüşü uğurla keçib və tərəflər beynəlxalq aləmdə və müxtəlif təşkilatlarda əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.