Azərbaycanın 2-ci peyki orbitə bu tarixdə buraxılacaq

7 İyun 2018 15:33 (UTC+04:00)

Azərbaycanın ikinci telekommunikasiya peyki “Azerspace-2”-nin bu il kosmosa buraxılması planlaşdırılır.
Movqe.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. O qeyd edib ki, peyk bu ilin yay aylarında da səmaya buraxıla bilər. Lakin nazir müavini bununla bağlı dəqiq vaxtın bəlli olmadığını diqqətə çatdırıb.