Prezident İlham Əliyev Tovuz rayonuna yeni icra başçısı təyin edib

7 İyun 2018 14:39 (UTC+04:00)

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Məhəmmədəli oğlu Zeynalovun Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Digər bir sərəncamla, Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.