Rusiyalı turist Qobustan Qoruğunda qayalıqdan yıxılıb

7 İyun 2018 21:30 (UTC+04:00)

Rusiyadan Azərbaycana gəzməyə gələn turist qayalıqdan yıxılaraq xəsarət alıb. 

"Report"un məlumatına görə, hadisə Qobustan Milli Tarix-Bədii Qoruğunda baş verib. 
Belə ki, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Qobustan Milli Tarix-Bədii Qoruğunda Rusiya vətəndaşı, 1978-ci il təvəllüdlü Sergey Jilnenko ehtiyatsızlıqdan qayalıqdan yıxılaraq xəsarət alıb.
O, xəstəxanaya yerləşdırılib.
Faktla bağlı araşdırma aparılır.